Çimərlik voleybolçularımız EEVZA çempionatında iştirak edəcəklər

Xəbərlər
26 Sentyabr 2024 10:06
287
Çimərlik voleybolçularımız EEVZA çempionatında iştirak edəcəklər

Çimərlik voleybolçularımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, cütlük bu gün beynəlxalq yarışda iştirak etmək üçün Gürcüstana yola düşüb.

Təmsilçilərimiz sentyabrın 26-29-da Gürcüstanın paytaxtı Tbilisidə kişilər arasında keçiriləcək EEVZA-da qüvvələrini sınayacaqlar. Turnirdə ölkəmizi 1 kişi komandası (Heydər Məmmədli/Nəriman Bayramlı) təmsil edəcək.

Qeyd edək ki, yarışa qatılacaq komandalar FIVB reytinq xalları qazanacaq.

İdman.biz

Məqalədə: