”Azərreyl” Avropa Kubokunun qalibi olub

Xəbərlər
13 Oktyabr 2024 18:54
250
”Azərreyl” Avropa Kubokunun qalibi olub

”Azərreyl”in qadınlardan ibarət çimərlik voleybolu komandası klublararası Avropa Kubokunun qalibi olub.

İdman.biz xəbər verir ki, təmsilçimiz həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib.

Fransanın Monpelye şəhərində təşkil olunan yarışın finalında tərəflər hərəyə 1 qələbə qazanıblar. Nəticədə qalib Qızıl setdə bəlli olub. Daha dəqiq oyanayan komandamız qızıl medala sahib çıxıb.

Avropa kuboku
13 oktyabr
Qadınlar
Final

“Azərreyl” - “Sunrise Beach Spors Academy” (Ukrayna) - 2:1 (19:21, 21:18, 15:11)
“Azərreyl” - “Sunrise Beach Spors Academy” (Ukrayna) - 0:2 (25:27, 13:21)

Qızıl set
“Azərreyl” - “Sunrise Beach Spors Academy” (Ukrayna) - 15:12

İdman.biz