Təmsilçimiz Avropa Kubokunda çempion tituluna yiyələnib

Xəbərlər
13 Oktyabr 2024 22:03
247
Təmsilçimiz Avropa Kubokunda çempion tituluna yiyələnib

Çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda kişilərin mübarizəsində də qalib müəyyənləşib.

İdman.biz xəbər verir ki, "Azərreyl" çempion titulunu qazanıb.

Təmsilçimiz finalda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ klubu ilə qarşılaşıb. Komandalar hərəyə 1 qələbə qazanıblar. Yekunda qalib Qızıl setdə bəlli olub. Daha dəqiq olan "Azərreyl" 15:12 hesabı ilə qalib gələrək Avropa kubokuna sahib çıxıb.

Qeyd edək ki, "Azərreyl"in qadınlardan ibarət komandası da Avropa kubokunda çempion olub.

Avropa kuboku
13 oktyabr
Kişilər
Final

“Azərreyl” - “CVP Poniente Benidorm Alicante“ (İspaniya) - 2:1 (18:21, 21:14, 15:13)
“Azərreyl” - "CVP Poniente Benidorm Alicante“ (İspaniya) - 1:2 (21:19, 16:21, 14:16)

Qızıl set
“Azərreyl” - "CVP Poniente Benidorm Alicante“ (İspaniya) - 15:12

İdman.biz