Avropa kubokunu qazanan voleybolçularımız Vətənə qayıdıb - FOTO - VİDEO

Xəbərlər
15 Oktyabr 2024 09:12
345
Avropa kubokunu qazanan voleybolçularımız Vətənə qayıdıb - FOTO - VİDEO

Fransanın Montpelye şəhərində çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olan “Azərreyl” klubunun qadın və kişi komandaları Vətənə qayıdıblar.

İdman.biz xəbər verir ki, çempionları Azərbaycan Voleybol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

16 klubun mübarizə apardığı turnirdə iştirak edən “Azərreyl”in qadın və kişilərdən ibarət komandaları bütün rəqiblərinə qalib gəliblər. Qadınlardan ibarət cütlük finalda Ukrayna “Sunrise Beach Spors Academy”sini, kişilərdən ibarət voleybolçular isə İspaniya “CVP Poniente Benidorm Alicante”sini məğlub ediblər.

İdman.biz

Məqalədə: