Azərbaycan komandası Afrika açıq çempionatında oynayacaq

Xəbərlər
8 Fevral 2025 09:44
109
Azərbaycan komandası Afrika açıq çempionatında oynayacaq

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirdə təlim-məşq toplanışı keçəcək.

İdman.biz xəbər verir ki, yığmamız Misirin Hurqada şəhərinə yola düşüb.

Komandamız hazırlıq çərçivəsində Afrika açıq çempionatı - “The Clash Beach Volleyball Marathon”da gücünü yoxlayacaq.

Qeyd edək ki, hazırlıq fevralın 28-dək davam edəcək.

İdman.biz

Məqalədə: