Çimərlik voleybolçularımız Latviyada gümüş medal qazanıblar

Xəbərlər
9 Fevral 2025 18:35
93
Çimərlik voleybolçularımız Latviyada gümüş medal qazanıblar

Çimərlik voleybolçularımız Latviya açıq çempionatında gümüş medal qazanıblar

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edib.

İdman.biz xəbər verir ki, 2 gün davam edən yarışda ümumilikdə 8 komanda mübarizə aparıb.

Ölkəmiz açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) çıxış edib. Olimpiya sistemi ilə keçirilən turnirdə komandamız uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb.

Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıb. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.

Qeyd edək ki, fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək çimərlik voleybolçularımız burada daha bir neçə turnirdə iştirak edəcəklər.

İdman.biz