Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlar arasında Latviya açıq çempionatı keçirilib.
İdman.biz xəbər verir ki, yarışın əsas mərhələsində Azərbaycan millisi də iştirak edib.
Ölkəmizin 1 cütlə qatıldığı çempionatda ev sahiblərinin 12, Estoniyanın 2 və Litvanın 1 komandası mübarizə aparıb.
Məhəmməd Aslanlı və İbrahim Məmmədovdan ibarət cütlük qrup mərhələsində bütün görüşlərini qələbə ilə başa vurub. Təmsilçilərimiz yarımfinalda estonları 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Gərgin keçən həlledici qarşılaşmada ev sahibinə 1:2 hesabı ilə məğlub olan cütlüyümüz yarışın gümüş medallarını qazanıblar.
Qeyd edək ki, komandamız latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək.
İdman.biz