Britaniyalı boksçu Fyuri-Usik döyüşündə kimin qalib gələcəyini açıqlayıb

Xəbərlər
24 Yanvar 2024 22:37
281
Britaniyalı boksçu Fyuri-Usik döyüşündə kimin qalib gələcəyini açıqlayıb

Entoni Coşua böyük maraqla gözlənilən Tayson Fyuri-Aleksandr Usik döyüşü haqqında proqnoz verib.

İdman.biz xəbər verir ki, ağır çəkidə iki qat dünya çempionu ukraynalı boksçunun qələbə qazanacağını deyib.

Britaniyalı əlcək ustası Usikin ustalığına bələd olduğunu bildirib: “Məncə, Usik qələbə qazanacaq. O, çox güclü döyüşçüdür. Düzdür, Tayson Fyuri ilə heç vaxt qarşılaşmamışam və onun nə qədər güclü olduğunu bilmirəm. Aleksandrla iki dəfə döyüşmüşəm, o, hər dəfə fərqli üslubda yarışıb. Usikin qələbə qazanmaq üçün yaxşı imkanları var. Maraqlı döyüş olacaq”.

Usiklə Fyuri arasında görüş fevralı 17-də Ər-Riyadda baş tutacaq.

Qeyd edək ki, Coşua iki dəfə Usiklə döyüşüb və hər ikisində məğlub olub.

İdman.biz