Azərbaycan boksçusu Sərxan Əliyevin İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 final mərhələsindəki məğlubiyyətinin səbəbi bəlli olub.
İdman.biz xəbər verir ki, bunu 71 kq çəkidə mübarizə aparan idmançının özü açıqlayıb.
O, bununla bağlı sosial şəbəkədə paylaşım edib. Sərxan ilk döyüşdə zədə aldığını və sonadək belə döyüşdüyünü bildirib: “İlk döyüşdə qaşımdan ağır zədə aldım və 4 görüşümü belə keçirməli oldum. Hər döyüşdə zədə daha da böyüyürdü. Çətin olsa da, bunun öhdəsindən gələ bildim və bir-birindən yaxşı qələbələr qazandım”.
Qeyd edək ki, Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə verən 1/4 final mərhələsində Qazaxıstan təmsilçisi Aslanbek Şimberqenova məğlub olub.
İdman.biz