"Bu son lisenziya turniri idi və ona görə çox yaxşı hazırlaşmışdım".
İdman.biz xəbər verir ki, bunu ll Dünya Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan millisinin boksçusu Alfonso Dominqes (92 kq) deyib.
O, Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində Banqkokdakı çıxışını dəyərləndirib.
- Yarışda bütün güclü ölkələrin boksçuları işitrak edirdilər. Ona görə də, əlimdən gələn hər şeyi etdim ki, Olimpiadaya vəsiqə qazanım. Şadam ki, bu vəzifənin öhdəsindən gələ bildim.
- Turnirdə ən çətin döyüşün hansı oldu?
- Ən çətin döyüşüm özümə qarşı olurdu. Hər görüşdən əvvəl pisxoloji olaraq yaxşı hazırlaşırdım. Nəticədə bütün döyüşlərdə inamlı çıxış etdim.
- Tokioda qazanılan bürüncü Parisdə qızıla çevirmək çətin olmayacaq ki?
- Çox çətin olacaq. Olimpiadada gərgin mübarizə gedəcək. Uğur qazanmaq üçün əlimdən gələni edəcəm. Tokioda qazanılan bürüncü Parisdə qızıla çevirmək istəyirəm. Biz son yarışlara yaxşı hazırlaşmışdıq və nəticələrini əldə etdik. Olimpiya Oyunlarda uğurlu çıxışı davam etdirmək arzusundayıq.
İdman.biz