Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında iştirak edəcək.
İdman.biz xəbər verir ki, yığmanın məşqçisi Teymur Məmmədov yarışda 8 idmançıya şans verəcək.
Boksçularımızdan “Asiya uşaqları”nda rinqə Nihat Qasımov (48 kq), İmran Axundov (50 kq), Baqir Əmirxanlı (52 kq), Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq), İslam Tağıyev (63 kq), Valeh Eyvazlı (66 kq) və Məhəmməd Cəfərov (+80 kq) çıxacaqlar.
Turnirdə beynəlxalq dərəcəli hakim Anar Nağdıyev ədaləti qoruyacaq.
Qeyd edək ki, Yakutiyada boks yarışları iyunun 29-dan iyulun 5-dək keçiriləcək.
İdman.biz