Taysonun arzuladığı rəqib

Xəbərlər
30 İyun 2024 15:56
71
Taysonun arzuladığı rəqib

Boks ulduzu Mayk Tayson rinqdə qarşılaşmaq arzusunda olduğu boksçunun adını çəkib.

İdman.biz xəbər verir ki, o, Floyd Meyvezerlə görüşmək istədiyini bildirib.

Tayson bu barədə Amerika mətbuatına müsahibəsində deyib: “Arzuladığım rəqib? Floyd Meyvezer. Onunla döyüşməyi çox istərdim. Əlbəttə, əgər o mənim çəkimdə olsa idi”.

Meyvezer karyerası ərzində keçirdiyi 50 döyüşün 50-də də qələbə qazanıb.

Qeyd edək ki, 58 yaşlı Tayson noyabrın 15-də Arlinqtonda (ABŞ) blogger Cek Polla rinqə çıxacaq.

İdman.biz