Boksçumuz “Asiya uşaqları”nda finala yüksəlib və 3 bürünc medal - FOTO

Xəbərlər
3 İyul 2024 17:47
267
Boksçumuz “Asiya uşaqları”nda finala yüksəlib və 3 bürünc medal - FOTO

Azərbaycan millisinin yeniyetmə boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala yüksəlib.

İdman.biz xəbər verir ki, 48 kq-da çıxış edən milli üzvü yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:0 məğlub edib. Qasımov qızıl medal uğrunda Elyar Rustamovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyulun 5-də olacaq.

Digər boksçularımızdan Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) isə yarımfinalda məğlub olduqları üçün Oyunları bürünc medalla bitiriblər.

İdman.biz

Məqalədə: