Boksçularımız “Asiya uşaqları”nı 4 medalla başa vurub - FOTO

Xəbərlər
5 İyul 2024 15:31
702
Boksçularımız “Asiya uşaqları”nı 4 medalla başa vurub - FOTO

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb.

İdman.biz xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi turniri 4 medalla başa vurub.

Yarışın son günündə komandamızın heyətində Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib. Ondan öncə isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.

İdman.biz

Məqalədə: