Keçmiş dünya çempionu: "Floyd böyük boksçudur"

Xəbərlər
21 Avqust 2024 23:38
161
Keçmiş dünya çempionu: "Floyd böyük boksçudur"

Keçmiş dünya çempionu Oskar de la Hoyya rəqibi kiçik Floyd Meyvezer haqqında fikir bildirib.

İdman.biz xəbər verir ki, amerikalı Floydu böyük boksçu adlandırıb.

Oskar həmkarının rinqdəki səbrini xüsusi vurğulayıb: "Floyd böyük boksçudur. Onun səbri mənim çox xoşuma gəlir. Meyvezerin zərbələri mənim xoşuma gəlir və güclü çənəsi olduğu faktdır. Onu zərbələri dəf edə bilməməkdə tənqid edirlər. Elə deyil. Meyvezerin güclü iradəsi var".

Floyd karyerası ərzində 5 çəki dərəcəsi üzrə dünya çempionu olub. O, karyerası ərzində 50 döyüşün heç birində uduzmayıb.

Qeyd edək ki, 6 kateqoriya üzrə dünya çempionu olan de la Hoyya hazırda promouterlik edir.

İdman.biz