Xırdalanda yeni boks zalı açılıb

Xəbərlər
26 Avqust 2024 12:57
146
Xırdalanda yeni boks zalı açılıb

Xırdalan şəhərində “Abşeron” boks klubunun yeni zalının açılışı olub.

İdman.biz xəbər verir ki, açılış mərasimində Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov, klubun yaradıcıları Vüqar Zalıyevlə Nazim Mehdiyev və digər şəxslər iştirak ediblər.

Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar. Klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara yaradılan şəraitə və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

Nağı Səfərov idmançılarla söhbət edib, onların hazırkı durumu ilə maraqlanıb.

Qeyd edək ki, məşqçi kimi çalışan Vüqar Zalıyevlə Nazim Mehdiyev İBA-nın 1 ulduz dərəcəsini yeni alıblar.

İdman.biz