Boksçularımızdan beynəlxalq turnirdə 2 medal - FOTO

Xəbərlər
30 Avqust 2024 16:59
237
Boksçularımızdan beynəlxalq turnirdə 2 medal - FOTO

Rusiyanın Çita şəhərində keçirilən gənc boksçular arasında beynəlxalq turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla başa vurub.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi komandada Məhəmmədəli Qasımzadə gümüş, Tağı Nəsibov (hər ikisi 60 kq) bürünc mükafat qazanıb. Qasımzadə, həmçinin turnirin ən əzmkar boksçusu seçilib.

Qeyd edək ki, turnirdə 16 ölkədən 120 boksçu mübarizə aparıb.

İdman.biz