Məhəmməd Abdullayev: “Çempionlar Gecəsinin vətənimdə olması böyük üstünlükdür”

Xəbərlər
18 Sentyabr 2024 11:27
579
Məhəmməd Abdullayev: “Çempionlar Gecəsinin vətənimdə olması böyük üstünlükdür”

“Yarışın yaxşı keçəcəyini düşünürəm”.

Bunu İdman.bizə boks üzrə Azərbaycan millisinin üzvü Məhəmməd Abdullayev (+92 kq) deyib.

O, Bakıda keçiriləcək boks üzrə İBA Çempionlar Gecəsi ilə bağlı danışıb. Abdullayev bildirib ki, bu yarışın öz vətənində baş tutması böyük üstünlükdür: “Bakıda yarışacağımız üçün ailəmiz eyni zamanda azarkeşlərimiz də bizə dəstək olmağa gələ biləcəklər. Bu da hər bir idmançı üçün əlavə motivasiya mənbəyidir. Ona görə bu səbəb bizə yarışda daha öndə başlamağımıza kömək olacaq.

Onun sözlərinə görə, gecədə rəqibi olan Kristian Salsedo (Kolumbiya) ilə daha öncə İtaliyada təlim-məşq toplanışı zamanı qarşılaşmışam: “İlk dəfə olaraq professional şəkildə 8 raundan ibarət bir görüşümüz baş tutacaq. Özümə inanıram. Ümid edirəm ki, bu qarşılaşma mənim xeyrimə bitəcək. Bütün yoldaşlarıma uğurlar arzulayıram. Qələbə bizimlə olsun”.

Qeyd edək ki, sentyabrın 28-də keçiriləcək İBA Çempionlar Gecəsində Aəzrbaycanı 4 idmançı - Nicat Hüseynov (51 kq), Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq), Məhəmmədrəsul Məcidov (+92 kq) təmsil edəcək.

Banuçiçək Hüseynli
İdman.biz