Boksçularımız Belarusda beynəlxalq turnirdə 7 medal qazanıb - FOTO

Xəbərlər
23 Sentyabr 2024 09:27
274
Boksçularımız Belarusda beynəlxalq turnirdə 7 medal qazanıb - FOTO

Belarusun Jabinka şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.

Bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.

İdman.biz

Məqalədə: