Boksçularımızdan Polşada 2 medal

Xəbərlər
30 Sentyabr 2024 09:48
352
Boksçularımızdan Polşada 2 medal

Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir başa çatıb.

İdman.biz xəbər verir ki, yarışa qatılan Azərbaycan millisinin hər 2 idmançısı çıxışını medalla bitirib.

Boksçularımızdan Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyiblər. Həlledici görüşdə rəqib qalib gəldiyindən yığma üzvləri gümüş medala yiyələniblər.

İdman.biz

Məqalədə: