Əməkdar məşqçi Qurbanxan Məhərrəmov vəfat edib

Xəbərlər
9 Oktyabr 2024 11:19
112
Əməkdar məşqçi Qurbanxan Məhərrəmov vəfat edib

Azərbaycanın boks üzrə Əməkdar məşqçisi və SSRİ idman ustası Qurbanxan Məhərrəmov vəfat edib.

İdman.biz xəbər verir ki, o, 60 yaşında ürəktutmasından dünyasını dəyişib.

Məhərrəmov Biləsuvar rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (Azərbaycan İdman Akademiyası) alıb. Dəfələrlə ölkə və beynəlxalq yarışlarda mükafatlar qazanıb. Yetirmələri dünya və Avropa çempionu olub.

O, uzun illər Biləsuvar Uşaq-Gənclər İdman Şahmat Məktəbinə rəhbərlik edib.

Azərbaycan Boks Federasiyasının kollektivi ölkə boksunun inkişafında xidmətləri olan Qurbanxan Məhərrəmovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

İdman.biz