Beterbiyev mütləq dünya çempionudur!

Xəbərlər
13 Oktyabr 2024 03:04
440
Beterbiyev mütləq dünya çempionudur!

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində peşəkar boksda yarımağır çəkidə mütləq dünya çempionu titulu uğrunda görüş keçirilib.

İdman.biz xəbər verir ki, 12 raund davam edən doyüşdə Rusiya əsilli kanadalı Artur Beterbiyevlə rusiyalı Dmitri Bivol üz-üzə gəlib.

Beterbiyev hakimlərin qərarı (114:114, 115:113, 116:112) ilə peşəkar boksda yarımağır çəkidə mütləq dünya çempionu titulunu qazanıb.

İdman.biz