Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Xəbərlər
15 Oktyabr 2024 15:56
139
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.

İdman.biz xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final çərçivəsində Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.

Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan Savriyeva yarımfinala yüksəlib. O, bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, Marjona oktyabrın 17-də final uğrunda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.

İdman.biz

Məqalədə: