Murad Allahverdiyev: "Çox istəyərdim ki, onu da məğlub edim"

Xəbərlər
21 Oktyabr 2024 17:40
248
Murad Allahverdiyev: "Çox istəyərdim ki, onu da məğlub edim"

“Avropa çempionatında ilk rəqibim Belarus idmançısı oldu. Bu döyüşdə qələbə qazandım”.

Bunu İdman.bizə Azərbaycan boksçusu Murad Allahverdiyev deyib.

O, 23 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində yarış barədə fikirlərini bildirib və hədəflər haqda danışıb: “Ardınca ukraynalı boksçuya da qalib gəldim. Finalda fransalı rəqiblə üz-üzə gəldim. Çox istəyərdim ki, onu da məğlub edim. Üçüncü raundda tam üstünlüklə 5:0 hesabı ilə qalib gəldim. Amma ilk iki raundda hardasa çatışmazlıq oldu. Onun üzərində də işləyəcəyik. Gələcəkdə fransalı rəqibi də məğlub edəcəm. Növbəti hədəf Azərbaycan çempionatından sonra bəlli olacaq. Baş məşqçilər qatılacağımız yarışları müəyyənləşdirəcək. Ona uyğun hazırlıq keçəcəyik”.

Qeyd edək ki, Murad 80 kq çəki dərəcəsində yalnız finalda uduzaraq gümüş medala yiyələnib.

İdman.biz