Nicat Hüseynov: "Bütün görüşlərim rahat keçdi"

Xəbərlər
21 Oktyabr 2024 18:00
244
Nicat Hüseynov: "Bütün görüşlərim rahat keçdi"

“Avropa çempionatında dörd döyüş keçirdim”.

Bunu İdman.bizə açıqlamasında Avropa çempionatının gümüş mükafatçısı olan Azərbaycan boksçusu Nicat Hüseynov deyib.

O, 23 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində fikirlərini bildirib: “1/8 finalda ingilis, 1/4 finalda Olimpiya Oyunlarında mənimlə birlikdə mübarizə aparan ispan rəqibimə qalib gəldim. Yarımfinalda serbiyalı boksçunu məğlub etdim. Finalda iki dəfə qalib gəldiyim erməni boksçu ilə döyüşdüm. Bütün görüşlərim rahat keçdi. Finalda hamının birmənalı şəkildə gördüyü kimi hakimlər erməni tərəfə işlədi və qələbəni ona verdilər. Nəticədə çempionatı ikinci yerlə başa vurdum. Azərbaycan çempionatında heç kimi rəqib kimi görmürəm. Bu haqda fikirləşmirəm”.

Qeyd edək ki, 51 kq çəkidə çıxış edən boksçumuz yalnız həlledici görüşdə uduzaraq gümüş mükafata sahib olub.

İdman.biz

Məqalədə: