Nihad Qasımov: "Döyüş gərgin alındı"

Xəbərlər
25 Oktyabr 2024 20:28
87
Nihad Qasımov: "Döyüş gərgin alındı"

"Maraqlı yarışdır və əsas odur ki, komandamız uğurlu start verib".

İdman.biz xəbər verir ki, bunu azərbaycanlı boksçu Nihad Qasımov (50 kq) deyib.

Gimnaziadaya uğurlu start verən təmsilçimiz 1/4 finalda yerli idmançını mübarizədən kənarlaşdırıb: "Döyüş gərgin alındı. Amma öz gücümə əmin idim. Yarımfinalda daha yaxşı olacağımı düşünürəm. Bu mənim beşinci və ya altıncı beynəlxalq yarışımdır. Buradakı atmosfer çox xoşuma gəlir. İlk gündə komanda yoldaşlarımın da qələbə qazanması çox yaxşı oldu".

Qeyd edək ki, Nihad ən azı bürünc medalı təmin edib.

İdman.biz