Bu gün Bəhreyndə keçirilən Gimnaziadada boks yarışlarında yarımfinal görüşləri keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycanın 8 idmançısı rinqə çıxacaq.
Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Aysun Mikayılova (52 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, boks turniri “Əl-Əhli” klubunun kompleksində keçirilir.
İdman.biz