Azərbaycan boksçuları Gimnaziadada 12 qızıl medal qazanıblar

Xəbərlər
29 Oktyabr 2024 13:57
289
Azərbaycan boksçuları Gimnaziadada 12 qızıl medal qazanıblar

Bəhreyndə keçirilən Gimnaziadada boks üzrə final görüşləri keçirilib.

İdman.biz xəbər verir ki, həlledici görüşlərin nəticələrinə əsasən, komandamız 12 qızıl medal qazanıb.

Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Rza Rzayev (70 kq), Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışda Valeh Eyvazlı (66 kq), Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) isə gümüş mükafata layiq görülüblər. Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə Oyunları bürünc medalla başa vurublar.

Qeyd edək ki, boks yarışları “Əl-Əhli” klubunun kompleksində keçirilib.

***

13:21

Boks üzrə Azərbaycan millisi Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında daha bir qızıl medal qazanıb. Bu uğura 50 kq çəkidə mübarizə aparan Nihat Qasımov imza atıb.

O, finalda rumıniyalı boksçunu məğlub edib.

Qasımovdan öncə Əli Əliyev (46 kq) və Şahin Mustafayev (48 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandamızın heyətində daha 6 boksçumuz finalda yarışacaq.

***

13:15

Boks üzrə Azərbaycan millisi Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında ikinci qızıl medalı qazanıb.

İdman.biz xəbər verir ki, bu uğura 48 kq çəkidə mübarizə aparan Şahin Mustafayev imza atıb.

O, finalda ukraynalı boksçunu məğlub edib.

Mustafayevdən öncə Əli Əliyev (46 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandamızın heyətində daha 7 boksçumuz finalda yarışacaq.

***

Saat. 13:07

Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunlarında boks yarışlarında final görüşlərinə start verilib.

İdman.biz xəbər verir ki, məktəblilər arasında təşkil olunan multi-idman yarışında Azərbaycan millisinin heyətində həlledici döyüşə ilk olaraq Əli Əliyev (46 kq) çıxıb.

Erməni boksçu ilə qarşılaşan təmsilçimiz inamlı qələbə qazanaraq çempion tituluna yiyələnib. Bu, komandamızın Manamada ilk qızıl medalı olub.

Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandamızın heyətində daha 8 boksçumuz finalda yarışacaq.

*****

Saat. 10:08

Bu gün Bəhreyndəki Gimnaziadanın boks yarışlarında final qarşılaşmaları keçiriləcək.

İdman.biz xəbər verir ki, həlledici görüşlərdə Azərbaycanın 11 dəri əlcək ustası mübarizə aparacaq.

Yarışda ölkəmizi Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq ), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq), Rza Rzayev (70 kq), Banuçiçək Nəsirli (48 kq) və Aysu Mikayılova (52 kq) təmsil edir.

Qeyd edək ki, boks turniri “Əl-Əhli” klubunun kompleksində keçirilir.

İdman.biz

Məqalədə: