Vaqif Kazımov: “Daha yaxşı ola bilərdi”

Xəbərlər
31 Oktyabr 2024 17:25
181
Vaqif Kazımov: “Daha yaxşı ola bilərdi”

“Bu yarışa çox ciddi hazırlaşmışdıq”.

İdman.biz xəbər verir ki, bunu yeniyetmə oğlan boksçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Kazımov deyib.

O, Bəhreynin paytaxtı Manamada 8 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmanın çıxışını dəyərləndirib: “Bundan əvvəl biz Belarusda yarışda çıxış etmişdik. Bu il gərgin keçdi. Amma nəticə çox yaxşı oldu. Komanda hesabında Qazaxıstan, Macarıstanı geridə qoyduq. Bundan daha yaxşı ola bilərdi. Səhvlər oldu. Avropa çempionumuz Səfdər Məmmədzadə də döyüşə çıxacağı səhər yuxudan oyanarkən əlində ağrılar hiss etdi. Amma buna baxmayaraq, yenə də layiqincə çıxış etdiyimizi düşünürəm”.

Qeyd edək ki, oğlan boksçulardan ibarət Azərbaycan millisi Gimnaziadada komanda hesabında birinci olub.

Emin Ağa
İdman.biz

Məqalədə: