Boksçularımız dünya birinciliyini 5 medalla bitirib – son gündə daha bir gümüş

Xəbərlər
3 Noyabr 2024 22:09
178
Boksçularımız dünya birinciliyini 5 medalla bitirib – son gündə daha bir gümüş

Azərbaycan boksçusu Əli Abdullayev Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyini gümüş medalla başa vurub.

İdman.biz xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan milli üzvü finalda Abdulaziz Jurakulovla (Özbəkistan) qarşılaşıb.

Görüş üçüncü raundda həkimlərin qərarı ilə dayandırılıb və rəqib qalib elan edilib. Nəticədə Abdullayev mundailı ikinci pillədə bitirib.

Bununla da milli komandamız dünya birinciliyini 5 medalla başa vurub. Əlidən öncə Bilalhəbaşi Nəzərov (48 kq) gümüş, Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq) və Aynur Mikayılova (57 kq) bürünc mükafat qazanıb.

Qeyd edək ki, yığmamız medal sayında mundiallar tarixində özünün ən yaxşı göstəricisinə imza atıb.

İdman.biz