Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda boks gecəsi keçirilib.
İdman.biz xəbər verir ki, günün əsas döyüşü Aleksandr Usiklə Tayson Fyuri arasında olub.
WBC, IBO, WBO, WBA (Super) və The Ring versiyaları üzrə dünya çempionu titulu uğrunda görüş ukraynalı əlcək ustasının qələbəsi ilə yekunlaşıb. Hakimlərin qərarı ilə Usik 116:112 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, boksçular arasında bu il mayın 18-də keçirilən döyüş də Aleksandrın qələbəsi ilə başa çatıb.
Riyadh Seasondakı boks gecəsinin nəticələri:
Andrey Novitski (Ukrayna, 14-0) - Edqar Ramires (Meksika, 10-2-1): Novitski hakimlərin yekdil qərarı ilə qalib gəlib
Daniel Lapin (Ukrayna, 11-0) - Dilan Colin (Fransa, 14-1): Lapin hakimlərin yekdil qərarı ilə qalib gəlib
Piter Makqreyl (Böyük Britaniya, 10-1) - Ris Edvards (Uels, 16-0): Piter Makqreyl hakimlərin yekdil qərarı ilə qalib gəlib
İsaak Lou (Böyük Britaniya, 25-2-3) - Li Makqreqor (Şotlandiya, 14-1-1): Li Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlib
Conni Fişer (Böyük Britaniya, 13-0) - Deyv Allen (Böyük Britaniya, 23-7-2): Conni Fişer xal hesabı ilə qalib gəlib
Moses İtauma (Böyük Britaniya, 11-0) - Demsi Makkin (Avstraliya, 22-2): Moses İtauma nokautla qalib gəlib
Sergey Boqaçuk (Ukrayna, 25-2) - İsmail Devis (Böyük Britaniya, 13-2): Sergey Boqaçuk texniki nokautla qalib gəlib
Aleksandr Usik (Ukrayna, 23-0) - Tayson Fyuri (Böyük Britaniya, 34-1-2): Usik xal hesabı ilə qalib gəlib
İdman.biz