Azərbaycan boksçusu Tayfur Əliyev “HELL Boxing Kings”da növbəti döyüşünü keçirib.
İdman.biz xəbər verir ki, 60 kq-da rinqə çıxan Avropa Oyunların mükafatçısı Macarıstanın Mişkolts şəhərində təşkil olunan final gecəsində yerli Kovaç Kruzito ilə qarşılaşıb.
6 raund davam edən döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
Tayfur Əliyev bu qələbə ilə mövsümün çempionu olaraq xüsusi kəmərə layiq görülüb.
İdman.biz