Ağır çəkidə dünya çempionu Aleksandr Usik Tayson Fyuri ilə keçirdiyi döyüşləri müqayisə edib.
İdman.biz xəbər verir ki, ukraynalı boksçu ilk görüşün daha çətin olduğunu deyib.
O, Fyuri ilə Entoni Coşua arasında da müqayisə aparıb: "Hansı döyüşüm daha çətin idi? Məncə, Taysona qarşı ilk görüş mənim üçün daha ağır oldu. Fyuri ilə 24 raundluq döyüş Entoni Coşua ilə 24 raundluq mübarizədən daha gərgin alındı. Onların görüşündə Entoninin qələbə qazanacağını düşünürəm. Məncə Coşua xal hesabı ilə qalib gələcək".
Qeyd edək ki, Usik iki gün əvvəl növbəti dəfə Tayson Fyuriyə qalib gəlib. Bütün hakimlər ukraynalı idmançının 116:112 hesablı qələbəsini təsdiqləyiblət.
İdman.biz