Nokauta düşən boksçu xəstəxanada dünyasını dəyişib

Xəbərlər
3 Yanvar 2025 19:17
89
Nokauta düşən boksçu xəstəxanada dünyasını dəyişib

Tanzaniyalı boksçu Hassan Mqaya döyüşdə aldığı zədədən sonra dünyasını dəyişib.

İdman.biz xəbər verir ki, bu barədə Ümumdünya Boksçular Şurası (WBC) məlumat yayıb.

27 yaşlı əlcək ustası dekabrın 29-da Pol Eliasla görüşdə nokauta düşüb. Bir nəçə ağır zərbədən sonra Mqaya dilini udub. Ona rinqdə yardım göstərilsə də, növbəti gün boksçunun vəziyyəti yenidən pisləşib. O, xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra ölüb.

Qedy edək ki, Hassan peşəkar rinqdə 9 döyüş keçirib. O, üç görüşdə qələbə qazanıb və dördündə uduzub, iki qarşılaşma heç-heçə başa çatıb.

İdman.biz