"Mənə elə gəlir ki, bu döyüş mütləq olacaq".
İdman.biz xəbər verir ki, bunu yarımağır çəkidə keçmiş dünya çempionu britaniyalı Kell Bruk ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri ilə daha əvvəl bu divizionda çempion titullarına sahib olan həmyerlisi Entoni Coşua arasında mümkün döyüşdən danışarkən deyib.
"Onlar karyeralarının elə mərhələsindədirlər ki, böyük pullar üçün bir-birləri ilə vuruşacaqlar və kimin uduzmasından asılı olmayaraq, heç biri heç nə itirməyəcək. Onların Böyük Britaniyada böyük mübarizəsinin vaxtı çatıb. Mən bu döyüşün favoriti olaraq Fyurini görürəm. Lap indidən görürəm ki, Fyuri döyüş boyu Coşua üzərində dominantlıq edir və sonra onu nokauta salır”, – Bruk "Seconds Out" YouTube kanalında deyib.
İdman.biz