Artur Beterbiyevlə Dmitri Bivol arasında keçiriləcək superağır çəkidəki revanş döyüşünün qalibinin mümkün rəqibləri bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Ümumdünya Boks Şurası (WBC) açıqlayıb.
Titul uğrunda döyüşəcək rusiyalılar fevralın 22-də Səudiyyə Ərəbistanında rinqə çıxacaqlar. Revanş döyüşünün qalibinin növbəti rəqibi isə fevralın 1-də müəyyənləşəcək. Həmin gün Devid Benavideslə David Morrell arasında baş tutacaq qarşılaşmanın qalibi titula iddiaçı olacaq.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında Artur Dmitriyə qalib gələrək mütləq dünya çempionu adını qazanıb.
İdman.biz