Azərbaycan birinciliyində 62 komanda

Xəbərlər
3 Fevral 2025 18:31
46
Azərbaycan birinciliyində 62 komanda

Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.

İdman.biz xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.

6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.

İdman.biz