Yeniyetmə boksçularımız Özbəkistanda hazırlıq keçir

Xəbərlər
6 Aprel 2025 17:55
60
Yeniyetmə boksçularımız Özbəkistanda hazırlıq keçir

Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Hər iki komandamız Daşkəndə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.

Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək. Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

İdman.biz