Gimnaziada: 10 boksçumuzdan qələbə ilə START - FOTO

Xəbərlər
10 Aprel 2025 19:34
66
Gimnaziada: 10 boksçumuzdan qələbə ilə START - FOTO

ISF U15 Gimnaziada İdman Oyunlarında boksçuların mübarizəsinə start verilib.

İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, Zlatiborda keçirilən yarışın ilk günündə Azərbaycan millisinin 10 idmançısı döyüşünü qələbə ilə başa vurub.

Komandamızın heyətində Babək Abdullayev (40 kq) Zaxari Kovala (Ukrayna), Azad Məmmədli (44 kq) İvan Burlakaya (Ukrayna), İsmayıl Aslanlı (50 kq) Orest Petrovskiyə (Ukrayna), Yusif Əli (52 kq) Aleksandros Konstantinouya (Kipr) və Kəmalə Həsənova (54 kq) Ana Santos Velosoya (Braziliya) qalib gələrək, yarımfinala vəsiqə qazanıblar. Onlar qələbə sayəsində özləri üçün azı bürünc medalı da təmin ediblər.

Aysan Miriyeva (46 kq) yarımfinalda Santos Silvanı (Braziliya), Leyla Mahmudlu (51 kq) Esmanur Kahramanı (Türkiyə), Nurlan Müseyibli (66 kq) Qleb Zlenkonı (Ukrayna), Zirəddin Rüstəmli (70 kq) Draqan Todoroviçi (Serbiya) və Mehran Rəsulov (75 kq) Rijon Rumba Limanı (Nepal) məğlub edərək, finala vəsiqə qazanıblar.

Digər boksçumuz Nəriman Əli (54 kq) isə yarımfinalda məğlub olaraq, Gimnaziadanı bürünc medalla başa vurub.

Qeyd edək ki, boksçuların mübarizəsinə aprelin 12-də yekun vurulacaq.

İdman.biz