Azərbaycan boksçusu: “Layiqli qələbə qazandım”

Xəbərlər
15 Aprel 2025 16:06
54
Azərbaycan boksçusu: “Layiqli qələbə qazandım”

“Layiqli qələbə qazandım”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) deyib.

Bakıda keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində qızıl medal qazanan idmançı nəticəsindən razı qaldığını bildirib: "Qazaxıstanlı, tacikistanlı və rusiyalı idmançılara qalib gəldim. Finalda isə tam üstünlüklə qələbə qazandım. Üzərimdə əziyyəti olan məşqçilərimə təşəkkür edirəm. Ümid edirəm ki, yenidən beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edərəm”.

Qeyd edək ki, yarışda 9 ölkənin – Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan boksçuları mübarizə aparırlar. Azərbaycan kişilərin yarışında 47, qadınlarda isə 11 boksçu ilə təmsil olunur.

Aytac Sahəd
İdman.biz

Məqalədə: