Alfonso Dominges: “Təşkilatçılıq yüksək səviyyədədir”

Xəbərlər
15 Aprel 2025 16:16
57
Alfonso Dominges: “Təşkilatçılıq yüksək səviyyədədir”

“Təşkilatçılıq yüksək səviyyədədir”.

İdman.biz xəbər verir ki, bunu Böyük İpək Yolu beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycan boksçusu Alfonso Dominges jurnalistlərə açıqlamasında deyib.

Dünya çempionu Bakıdakı yarışın yaxşı keçdiyini bildirib: “Bakıya güclü idmançılar təşrif buyurublar. Yay Olimpiya Oyunlarından sonra ilk turnirimdir.
Belə yarışların keçirilməsi boksçuların formada qalmasına müsbət təsir edir. Buna görə federasiyaya təşəkkür edirəm".

Dominges Olimpiya Oyunlarından sonra yaxşı formada olmadığını deyib: “Olimpiadadan sonra bir müddət istirahət etdim. İndi çalışıram ki, əvvəlki formama qayıdım”.

Qeyd edək ki, yarışda 9 ölkə – Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan boksçuları mübarizə aparırlar. Azərbaycan kişilərin yarışında 47, qadınlarda isə 11 boksçu ilə təmsil olunur.

Aytac Sahəd
İdman.biz

Məqalədə: