Böyük İpək Yolu: Azərbaycan millisi 18 medalla komanda hesabında birinci olub - FOTO

Xəbərlər
15 Aprel 2025 22:08
52
Böyük İpək Yolu: Azərbaycan millisi 18 medalla komanda hesabında birinci olub - FOTO

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, 5 gün davam edən yarışda 9 ölkənin 175 idmançısı qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, maliyyə naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, Kəlbəcər Rayonunda ARP-nin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Qazaxıstan Boks Federasiyasının vitse-prezidenti Mirza Yerkenbek və digər yerli federasiyaların rəsmiləri də izləyiblər.

Yığmamızın heyətində həlledici görüşdə qələbə qazanan Zeynəb Rəhimova, Aynur Rzayeva, Sübhan Məmmədov, Nicat Hüseynov, Məhəmmədəli Qasımzadə, Nəbi İsgəndərov, Seidcəmşid Cəfərov və Alfonso Dominqes qızıl medala sahib olublar. Digər boksçularımızdan Murad Abdullayevlə Məhəmməd Abdullayev ikinci yeri tutublar. Bir gün öncə isə Şamil Əsgərov, Tağı Nəsibov, Ruslan Rüstəmov, Məmməd Quliyev, Anaxanım İsmayılova, Bəhriyyə İbrahimova və Aynur Mikayılova bürünc medala yiyələniblər.

Təltifolunma mərasimində Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev və gənclər və idman naziri Fərid Qayıbov da iştirak ediblər. Onlar müvafiq olaraq, 51 kq və 86 kq çəkidə qalibləri mükafatlandırıblar.

Millimiz 8 qızıl, 3 gümüş və 7 bürünc medalla komanda hesabında birinci yeri tutub və Böyük İpək Yolu kubokuna yiyələnib. İkinci yerdə Rusiya (6-10-3) qərarlaşıb, “üçlüy”ü isə Qazaxıstan (4-2-12) qapayıb.

Turnirdə qadınların yarışında ən yaxşı boksçu Zeynəb Rəhimova (Azərbaycan), kişilərdə Vsevolod Şumkov (Rusiya) seçilib. Şahboz Yunusaliyev (Özbəkistan) ən əzmkar, Zaal Cavaxadze (Gürcüstan) ən yaxşı hakim adına layiq görülüb.

Finallar
Qadınlar
48 kq

Jasmin Tahirova (Özbəkistan) – Liya Patlay (Rusiya) – 1:4

50 kq
Marjona Savriyeva (Azərbaycan) – Sabina Babakulova (Özbəkistan) – 0:5

52 kq
Anja Sadvakassova (Qazaxıstan) – Zeynəb Rəhimova (Azərbaycan) - 1:4

54 kq
Elina Bazarova (Qazaxıstan) – Darya Panteleyeva (Rusiya) – 5:0

57 kq
Viktoriya Baydukova (Qazaxıstan) – Darya Abramova (Rusiya) – 4:1

70 kq
Angelina Vitova (Rusiya) - Epelle Mbata (İBA) – 4:1

+81 kq
Aynur Rzayeva (Azərbaycan) – Kseniya Olifirenko (Rusiya) – 4:1

Kişilər
48 kq

Sübhan Məmmədov (Azərbaycan) – Sahil Allahverdovi (Gürcüstan) – 5:0

51 kq
Nicat Hüseynov (Azərbaycan) – Bair Batlayev (Rusiya) – 4:1

54 kq
Maksim Kuznetsov (Rusiya) – Baqslan Kenjebek (Qazaxıstan) – 1:4

57 kq
Nodirbek Allaberqanov (Özbəkistan) – Eduard Savvin (Rusiya) – 0:5

60 kq
Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Vsevolod Şumkov (Rusiya) – 4:1

63,5 kq
Sayat İlyasov (Özbəkistan) – Sandan Sandanov (Rusiya) – 5:0

67 kq
Nəbi İsgəndərov (Azərbaycan) – Yevgeni Kul (Rusiya) – 3:2

71 kq
Nurbek Mursal (Qazaxıstan) – İqor Sviridçenkov (Rusiya) – 5:0

75 kq
Seidcəmşid Cəfərov (Azərbaycan) – Sanjar-Ali Beqaliyev (Qazaxıstan) – 5:0

80 kq
Murad Allahverdiyev (Azərbaycan) – İlyas Maqomedov (Rusiya) – 1:4

86 kq
Casurbek Yuldaşev (Özbəkistan) – Timur Qamzatov (Rusiya) – 1:4

92 kq
Alfonso Dominqes (Azərbaycan) – Ramazan Dadayev (Rusiya) – 4:1

+92 kq
Məhəmməd Abdullayev (Azərbaycan) – David Surov (Rusiya) – 2:3

İdman.biz