Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışını davam etdirir.
İdman.biz xəbər verir ki, komandamız gündə iki dəfə olmaqla yerli komanda ilə hazırlıq keçir, sınaq döyüşləri keçirir.
Boksçularımız toplanış çərçivəsində Daşkənddə Ümummilli lider Heydər Əliyev Meydanını ziyarət edərək, onun əziz xatirəsi dərin ehtiramla yad ediliblər. Nümayəndə heyətimiz, həmçinin Azərbaycanın Özbəkistandakı səfirliyində olub. Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, boksçulara uğurlar arzulanıb.
Qeyd edək ki, aprelin 6-da başlayan hazırlıq sabah yekunlaşacaq.
İdman.biz