Azərbaycan çempionatının mükafatçısı diskvalifikasiya olunub - 48 aylıq

Xəbərlər
17 Aprel 2025 10:36
252
Azərbaycan çempionatının mükafatçısı diskvalifikasiya olunub - 48 aylıq

Azərbaycan boksçusu Fərid Sadıqov (60 kq) diskvalifikasiya olunub.

AMADA-dan İdman.biz-ə verilən məlumata görə, Azərbaycan çempionatının bürünc medalçısının orqanizmində qadağan olunmuş maddə aşkarlanıb.

İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. Boksçu qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə də cəzalandırlıb. Onun orqanizmində “S4. Hormone and Metabolic Modulators/meldonium” aşkarlanıb.

Sadıqov bu səbəbdən də 48 aylıq diskvalifikasiya olunub. Onun cəza müddəti 2024-cü ilin yanvarının 1-dən hesablanmağa başlanılıb.

İdman.biz

Məqalədə: