Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.
İdman.biz xəbər verir ki, +92 kq çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək.
Görüş 6 raund davam edəcək.
Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.
Qeyd edək ki, aprelin 25-də Ufada ümumilikdə 7 döyüş keçiriləcək.
İdman.biz