Azərbaycanı MDB Oyunlarında təmsil edəcək boksçular müəyyənləşib

Xəbərlər
3 Avqust 2023 19:54
119
Azərbaycanı MDB Oyunlarında təmsil edəcək boksçular müəyyənləşib

Azərbaycanı Belarusda keçiriləcək II MDB Oyunlarında təmsil edəcək boksçular bəlli olub.

Federasiyadan İdman.biz saytına verilən məlumata görə, avqustun 4-dən 14-dək təşkil olunacaq yarışda gənclərdən ibarət yığmaların 16 üzvü mübarizə aparacaq.

Oyunlarda oğlanlardan Ramal Yolçuyev (48 kq), Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Aslan Quliyev (63,5 kq), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq), Fərhad Şeydayev (75 kq), İlfan Xəlilli (80 kq) və Həsən Sadıqzadə (+92 kq) qüvvəsini sınayacaq.

Qızlardan isə Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq), Aynur Mikayılova (54 kq) və Qızbəs İsgəndərə (60 kq) medal qazanmağa çalışacaq.

Belarusda Emil Qurbanəliyev isə referi kimi Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, bu gün səfərə yollanan komanda avqustun 14-də Bakıya qayıdacaq.

İdman.biz