Özbəkistanda keçirilən rapid üzrə dünya çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, kişilərin mübarizəsində Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəyə Teymur Rəcəbov imza atıb.
13 turdan sonra 8 xal toplayan Rəcəbov 29-cu pillədə qərarlaşıb. O, dünya çempionu Maqnus Karlsen 2 xal geri qalıb. Aydın Süleymanlı (7,5 xal) 56-cı, Rauf Məmmədov (7 xal) 74-cü, Şəhriyar Məmmmədyarov (7 xal) 79-cu, Vüqar Əsədli (4,5 xal) 175-ci, Qədir Hüseynov (3,5 xal) 192-ci, Kənan Qarayev (3,5 xal) 193-cü, Məhəmməd Muradlı (2,5 xal) 202-ci yeri tutub.
Qadınların mübarizəsində 11 partiyadan sonra Ülviyyə Fətəliyeva 7 xalla 20-ci pillədə yer alıb. O, çempion Anastasiya Bondarukdan 1,5 xal geri qalıb. Dünya çempionatının Gövhər Beydullayeva (6 xal) 39-cu, Xanım Balacayeva (5,5 xal) 54-cü, Ayan Allahverdiyeva (5,5) 62-ci, Xəyalə Abdulla (5 xal) 71-ci, Türkan Məmmədyarova (5 xal) 72-ci, Ləman Hacıyeva (3,5 xal) 105-ci yerdə başa vurublar
Qeyd edək ki, kişilərin yarışında Maqnus Karlsen (Norveç) 10, qadınlar mübarizəsində isə Anastasiya Bondaruk (Rusiya) 8,5 xalla dünya çempionu olublar.
İdman.biz