Eltac Səfərlidən Almaniyada uğurlu start

Xəbərlər
3 Yanvar 2024 10:05
236
Eltac Səfərlidən Almaniyada uğurlu start

Azərbaycan şahmatçısı Eltac Səfərli yeni ildə ilk turnirinə Almaniyada başlayıb.

İdman.biz xəbər verir ki, o, Şvebiş-Qmyunddə keçirilən "Staufer-Open"də qüvvəsini sınayır.

İlk 2 tur həmyerlimiz üçün uğurlu alınıb. Hər 2 görüşünü qələbə ilə bitirən qrossmeyster turnir cədvəlinə başçılıq edir. Səfərlinin reytinq favoriti olduğu yarışda 273 zəka sahibi mübarizə aparır.

Qeyd edək ki, Sürixdəki Milad turnirində ikinci yeri tutan Eltac oradan birbaşa Almaniyaya gəlib.

İdman.biz

Məqalədə: