Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.
İdman.Biz xəbər verir ki, ikinci turda Azərbaycanın kişilərdən ibarət milli komandası Filippin yığmasına 3:1 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini məğlub edib, Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə ediblər.
Qadınlardan ibarət Azərbaycan millisi isə Danimarka üzərində 4:0 hesablı qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəliblər.
Qeyd edək ki, ilk turda Azərbaycanın kişilərdən ibarət millisi Mərakeşi, qadınlardan ibarət yığmamız isə Qvatemalanı 4:0 hesabı ilə məğlub edib.
09:26
Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat yığmaları bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarına çıxacaqlar.
İdman.Biz xəbər verir ki, kişilərdən ibarət komandamız ikinci turda Filippin yığması ilə qarşılaşacaq.
Qadınlardan ibarət millimiz isə Danimarka seçməsi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan təmsilçiləri turnirin birinci turunda qələbə qazanıblar. Kişilər Mərakeş, qadınlar isə Qvatemala yığmasını 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir. Sentyabrın 27-dək davam edəcək yarışda 208 komandanın heyətində 1032 şahmatçı mübarizə aparır.
