Şahmat Olimpiadası: kişilər heç-heçə etdi, qadınlar qalib gəldi - YENİLƏNİB

19 Sentyabr 2026 21:10
1 167
Şahmat Olimpiadası: kişilər heç-heçə etdi, qadınlar qalib gəldi

Bu gün Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat komandaları Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

İdman.Biz xəbər verir ki, altıncı turda kişilərdən ibarət komandamız Çexiya ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə bitib - 2:2.

Qadın millimiz isə İngiltərədən olan rəqiblərini məğlub edib - 2,5:1,5. Gövhər Beydullayevə partiyasını qələbə ilə başa vurub. Digər qarşılaşmalar bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1), qadınlar isə Qvatemala, Danimarka (hər ikisi 4:0) və İsveçi (2,5:1,5) məğlub edib.

09:40

Bu gün Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat komandaları Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığmamız Çexiya seçməsi ilə qarşılaşacaq.

Qadın şahmatçılarımız isə İngiltərə təmsilçiləri ilə üz-üzə gələcəklər.

Kişilərdən ibarət komandamız turnirdə əvvəlcə Mərakeşi 4:0, Filippini 3:1 və İsveçrəni 3:1 hesabı ilə məğlub edib. Qadınlardan ibarət yığmamız isə Qvatemala və Danimarkanı 4:0, İsveçi isə 2,5:1,5 hesabı ilə üstələyib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

İdman.Biz